waplog

San-Fransiskodakı restoranda planşet ofisiantları əvəzləyib


San-Fransiskoda yerləşən yeni “Eatsa” restoranı tamamilə avtomatlaşdırılmış yemək sifarişi xidmətini təklif edir. Restoranın ziyarətçiləri ofisiantı çağırmadan “iPad” planşetinin köməyi ilə birba.a mətbəxə safariş göndərə bilərlər. Yeməyi hələ ki insanlar hazırlayır, amma yaxın gələcəkdə aşbazları robotların əvəzləyəcəyi istisna deyil.
 
Qeyd edək ki, bazar ertəsi yüzlərlə insan retoranı ziyarət edib. Burada vegeterian yeməklərinin qiyməti şəhər üzrə ən ucuzdur.
 
Xidmət sahəsində insanların robotlarla əvəzələnməsi heç də yeni tendensiya deyil. Məsələn, Çində uzun müddətdir heyətə çəkilən xərcləri və qiymətləri azaltmaq məqsədi ilə planşet vasitəsilə sifarişlər üzərində təcrübə aparırlar. Cari ildə Yaponiyada açılmış “Nanna” mehmanxanasında heyət yoxdur. Burada bütün işləri robotlar yerinə yetirir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL