waplog

Şəkidə baş verən zəlzələ rabitə və telekommunikasiya sahəsinə ziyan vurmayıb


Məlum olduğu kimi, bu gün yerli vaxtla saat 09:49-da Şəki şəhəri ərazisində zəlzələ baş verib.
 
Şəki TKQ-nin rəisi Məhəmməd Əhmədovun verdiyi məlumat görə, zəlzələ nəticəsində rayon rabitəsinin işində heç bir problem yaranmayıb.
 
 “Şəki TKQ-nin inzibati binasına, o cümlədən kənd EATS-lərin yerləşdiyi tikililərə hər hansı ziyan dəyməyib. Hazırda sakinlər dayanıqlı rabitə və internet xidmətləri ilə təmin edilir”.
 
 Qeyd edək ki, Şəki şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, yeraltı təkanlar nəticəsində rayonun Turan qəsəbəsi, Aşağı Daşağıl, Cəyirli, Qozlubulaq, Qaratorpaq, Bolludərə, Oxud, Əliyar, Qayabaşı, Sarıca və ətrafda yerləşən digər kəndlərində vətəndaşlara məxsus fərdi evlərin və bəzi sosial təyinatlı obyektlərin divarlarında çatlar əmələ gəlib.
 
 Eyni zamanda Şəki şəhərinin yuxarı hissəsində də bir neçə qədim evin divarlarına müəyyən dərəcədə ziyan dəyib.
Tələfat yoxdur.
Hazırda Rayon Fövqəladə Hallar Komissiyası yerli icra qurumları ilə birlikdə yerlərdə dəqiqləşmələr aparır.
 
RƏVAN
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL