waplog

“Sony” ucuz yüksəksürətli çəkiliş texnologiyası hazırlamağa başlayıb


Yaponiyanın “Sony” şirkəti foto və video çəkilişləri üçün saniyədə 1000 kadr sürətində ucuz texnologiya hazırlayır.
 
Tədqiqatlar “Nissan Motor Co.” şirkəti və Tokio Universiteti ilə birlikdə aparılır.
 
Texnologiyanın yaradılması hazırda əsasən smartfon kameralarında və rəqəmli fotoaparatlarda istifadə edilən mikroçipləri yeni sahələrdə tətbiq etməyə imkan verəcək. Məsələn, onların köməyi ilə sürücüsüz avtomobillər üçün qəza xəbərdarlığı sistemini yaratmaq və ya məhsulun robotlarla yığılmasını sürətləndirmək mümkün olacaq.
 
Müasir matrisalar artıq saniyədə 1000 kadrdan çox tezlikdə şəkillər çəkə bilir, lakin qiymətin baha olması və nisbətən böyük ölçü onlardan kütləvi tələbat mallarında istifadəyə imkan vermir. Belə kameralara malik kameraların qiyməti 1000 dollardan başlayır və 100 min dollaradək arta bilər.
 
Texnologiyanın hazırlanması “Sony” prezidenti Kadzuo Hirainin şirkətin biznesinin diversifikasiyası çərçivəsində aparılır.
 
İlin əvvəlində şirkətin kapitallaşma dəyəri 20 faiz artıb və 3,81 trilyon yen (3,81 milyard dollar) qiymətləndirilir, - "Interfax www.interfax.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL