Telefonunuz sizin darıxdığınızı hiss edəcək
Barselonadan olan tədqiqatçılar qrupunun hazırladığı alqoritm istifadəçilərin smartfondan hansı tezliklə istifadə etməsindən asılı olaraq onların sıxıntısının səviyyəsini müəyyənləşdirir. Alqoritm son zəng və ya SMS mesajın qəbulundan ötmüş vaxt daxil olmaqla bir sıra amilləri nəzərə alır.
«ICTnews.az» saytı «hi-news.ru» saytına istiunadən yazır ki, tədqiqatda iştirak edənlərin smartfonlarında quraşdırılmış xüsusi mobil proqram cihazlardan istifadə tezliyinə nəzarət edib. Tədqiqatçılar toplanılmış məlumatlardan ikinci mobil proqramın hazırlanmasında istifadə ediblər. İstifadəçi darıxdıqda ikinci mobil proqram ona əyləncəli məqalə oxumağı təklif edib. Darıxmış istifadəçilər məşğul həmkarları ilə müqayisədə daha çox məqaləyə müraciət ediblər.
Tədqiqatçılar alqoritmin dəqiqliyini yaxşılaşdırmaq üçün onun üzərində işi davam etdirməyə hazırlaşırlar. Komanda gələn həftə Yaponiyada keçiriləcək «UbiComp» konfransında öz tədqiqatının nəticələrini təqdim etməyə hazırlaşır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL