“comScore”: ABŞ bazarında smartfonların nüfuzetmə səviyyəsi 77 faizə çatıb
“comScore” analitik agentliyi iyul üçün ABŞ smartfon bazarının əsas tendensiyalarına həsr edilən hesabatın nəticələrini açıqlayıb.
Hesabata görə, cari ilin aprel-iyulunda ABŞ bazarında smartfonların nüfuzetmə səviyyəsi 77 faizə çatıb.
Qeyd olunur ki, “Apple” şirkəti qurğu istehsalçıları reytinqində liderdir.
“Android” əməliyyat sistemi aparıcı mobil platforma olaraq qalır. Ümumilikdə cüzi dəyişikliklərə baxmayaq “Apple”, “Google” və “Microsoft” əməliyyat sistemlərinin mövqeyi ötən illə müqayisədə dəyişməz qalıb.
Əlavələr reytinqində isə “Facebook Messenger” üçüncü pillədən ikinci yerə yüksəlməklə “YouTube” videohostinqini sıxışdırıb. “Facebook” sosial şəbəkəsinə məxsus iki əlavə - “Facebook” və "Messenger” siyahıda liderdir. Onlardan sonrakı yerlərdə “Google” şirkətinin üç əlavəsi qərarlaşıb. “Instagram” şəbəkəsi reytinqdə doqquzuncu yeri tutub, - “Searchengines” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL