waplog

Teleqüllədə yenidənqurma işləri aparılır


 Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyinin mütəxəssisləri tərəfindən Bakı Teleqüllə Kompleksində yenidənqurma işləri aparılır.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, kompleksin +200 metr səviyyəsindən son nöqtəsi olan +310 metr səviyyəsinədək olan metal hissəsi təmir edilərək, sintetik lüks parlaqlıq boyası ilə rənglənib.
 
Qeyd edirik ki, Teleqüllənin metal hissəsinin +230 m. səviyyəsindən +254 m. səviyyəsinədək olan hissəsində yerləşmiş I və II TV diapazonlu, 75 Om-luq köhnə antena sistemləri çıxarılıb.
 
Əvəzində, İtaliyanın “Aldena” şirkətinin istehsalı olan, gücü 35 kVt-lıq yeni 8 mərtəbəli FM antena sistemi layihələndirilib və hazırda quraşdırılma işləri davam etdirilir.
 
Nəticədə, bu ilin sonunadək, 87.50-108.00 MHs tezliyində yayımlanacaq yeni FM radio proqramlarının Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin ondan 100 km radiusda olan ərazidə inamlı qəbulu təmin ediləcək.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL