waplog

Dünyada LTE abunəçilərinin sayı 1 milyarda yaxınlaşıb


Qlobal Mobil Rabitə Tədarükçülər Birliyinin (Global mobile Suppliers Association, GSA) hesablamasına əsasən, dünyada hər onuncu mobil operator müştərisi «LTE» texnologiyasından istifadə edir.
 
 
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, sahə üzrə ekspertlərin qiymətləndirməsinə əsasən, 2014-cü ildə dünyada «LTE» abunəçilərinin sayı 140 faiz və ya 441 milyon da artıb.
 
 
30 iyun 2015-ci il tarixində dünyada 755 milyon «LTE» abunəçi (aprel-iyunda artım 113,5 milyon təşkil edib) qeydə alınıb. «GSA»-nın proqnozuna görə, ilin sonuna bu göstərici 1 milyarda yaxınlaşacaq.
 
 
«LTE» abunəçilərinin böyük əksəriyyəti (51.2 faiz) Asiya-Sakit okean regionunda yaşayır. 26,2 faiz göstəricisinə malik Şimali Amerika ikinci pilləni tutur. Avropa bazarı 16 faiz göstərici ilə üçlükdə qərarlaşıb.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL