waplog

Yeni tədris ilində gənclər xaricdə birinci dərəcəli prioritet ixtisas istiqamətlərinə daxil olan yüksək texnologiyalar üzrə təhsil alacaqlar


2015-2016-cı tədris ilində Azərbaycan gəncləri xarici ölkələrdə yüksək texnologiyalar istiqaməti üzrə təhsil alacaqlar. Belə ki, prioritet ixtisas istiqamətlərinin əhatəliliyinin genişlənməsi və yüksək texnologiyalar, sənaye, ekologiya kimi yeni ixtisas istiqamətlərinin əlavə olunması tələbələrə ölkənin inkişaf prioritetlərinə uyğun olaraq, geniş seçim imkanı yaradır. Prioritet ixtisas istiqamətləri I və II dərəcəli olmaqla müəyyən edilib.
 
Bu il keçiriləcək müsabiqədə əsas üstünlük I dərəcəli ixtisas istiqamətlərinə verilib. Yüksək texnologiyalar da məhz birinci dərəcəli prioritet ixtisas istiqamətlərinə aiddir.
 
Təhsil Nazirliyindən qeyd edilib ki, nazir Mikayıl Cabbarov  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2015-2016-cı tədris ilində təhsil almaq üçün seçilmiş tələbələrin növbəti qrupu ilə görüşüb. Görüşdə bildirilib ki, 2015-2016-cı tədris ili üçün keçirilən müsabiqədə seçim daha yüksək rəqabətlilik şəraitində keçib. Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasının Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu söyləyən təhsil naziri qeyd edib ki, müstəqilliyimizin bərpasından qısa müddət keçməsinə baxmayaraq, hər il minlərlə azərbaycanlı tələbə dünyanın aparıcı universitetlərinə qəbul olur, xarici dillərdə təhsillərini davam etdirir.
 
Bu da onların Azərbaycanda aldıqları möhkəm təhsil təməllərinə əsaslanır. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən namizədliyi təsdiq olunan tələbələrin növbəti qrupu təhsilini Böyük Britaniya, ABŞ, Almaniya və Avstraliyada bakalavriat, magistratura və fəlsəfə doktoru səviyyələrində davam etdirəcəklər. Bu tələbələr arasında Kolumbiya Universiteti, Oksford Universiteti, London Kollec Universiteti, London İmperial Kolleci, Adelaida Universiteti kimi dünyanın aparıcı ali təhsil müəssisələrinə qəbul olunmuş gənclərimiz yer alır.
 
Onlar əsasən, yüksək texnologiyalar, mühəndislik, kimya, təhsilin təşkili və idarəolunması kimi ixtisaslar üzrə təhsil alacaqlar.
 
 
Qeyd edək ki, 2015-2016-cı tədris ilində gənclər Dövlət Proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 419 ali təhsil müəssisəsində müvafiq prioritet ixtisas istiqamətlər üzrə təhsil alacaqlar.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL