waplog

Məhsuldarlığın artırılması üçün peyk şəkillərindən istifadə ediləcək


Azərbaycanda kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması üçün peyk şəkillərindən istifadə ediləcək.
 
“ICTnews”  Elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramov Xaçmazda “Elektron kənd təsərrüfatı” sisteminin yaradılması ilə bağlı keçirilən tədbirdə söyləyib. O bildirib ki, peykdən çəkilmiş şəkillər operativ addımlar atmağa imkan verəcək.
 
“Elektron kənd təsərrüfatı” informasiya sisteminin institutsional struktur islahatların tərkib hissəsi olduğunu vurğulayan İlham Bayramov deyib ki, bu sistem formalaşdıqdan sonra fermerlərə subsidiyaların verilməsi daha asan və şəffaf formada həyata keçiriləcək. Eyni zamanda fermerlərin istəklərinin daha sürətli və adekvat formada əldə edilməsinə şərait yaranacağını önə çəkən aparat rəhbərinin sözlərinə görə, yeni sistemin qurulması şəffaflığı təmin etməklə yanaşı, kənd təsərrüfatı sahəsində çalışan insanların üzləşdikləri bəzi problemlər tamamilə aradan qaldırılacaq:
 
 “İlkin olaraq peyk şəkillərindən və ortofoto təsvirlərindən istifadə etməklə məhsuldarlığın artırılması ilə bağlı operativ addımlar atmağa imkan yaradacaq. Azərbaycanın imkanları getdikcə artır. Ölkənin internet infrastrukturu, xidmətlərin elektronlaşdırılması hər addımda hiss olunur. İKT-nin geniş tətbiqi insanlara qarşılaşdıqları məsələləri bir neçə dəqiqə ərzində həyata keçirməyə şərait yaradır”.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL