waplog

Abid Şərifov qlobal ticarətdən və innovasiyalardan danışdı


“Dövlətin iqtisadi maraqlarının mühafizəsini təmin edən gömrük orqanları daim öz potensialını gücləndirməli, elm və təhsil sahəsində innovasiyalara yiyələnməli və qabaqcıl təcrübi biliklərə malik olmalıdırlar”.
 
 “ICTnews” Elektron xəbər xidmətinin məlumatına görə, bu sözləri baş nazirin müavini Abid Şərifov Bakıda keçirilən Dünya Gömrük Təşkilatının 10-cu illik PICARD (“Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı”) konfransındakı çıxışında deyib.
 
A.Şərifov qeyd edib ki, gömrük orqanlarının potensialının gücləndirilməsi, qlobal ticarət zəncirinin təhlükəsizliyinin təmin edilməsi və iqtisadi nailiyyətlərin əldə olunması gömrük işi sahəsində islahatların aparılmasını ehtiva edir.
 
 Onun sözlərinə görə, müasir qloballaşan dünyada nailiyyətlərin əldə olunması və iqtisadiyyatın inkişaf etdirilməsi mühüm amillərdəndir:
 
 “Hazırkı dövrdə güclü iqtisadiyyata malik olmaq üçün bir sıra sahələrlə yanaşı, gömrük sahəsinin də inkişaf etdirilməsi mühüm məsələdir. Bu baxımdan gömrük sahəsində potensialın inkişaf etdirilməsi, elmi və təcrübi biliklərə nail olunması istiqamətlərində görülən işlər daim diqqət mərkəzində olmalı, gömrükçülərin peşə biliklərinin artırılması istiqamətində zəruri addımlar atılmalıdır. Hər bir ölkənin həm siyasi, həm də iqtisadi cəhətdən inkişaf etməsi üçün güclü təhsilə malik potensialı və savadlı kadrları olmalıdır. Dünya Gömrük Təşkilatının devizi olan “Bilik gömrüyün təkmilləşdirilməsində katalizatordur” ifadəsi həqiqətən də yerinə düşür” – deyə A.Şərifov nitqinə əlavə edib.
 
 
SEYMUR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL