Fərdi kompüter bazarının xilas yolu
Yaxın 5-7 ildə dünyanın üç ən iri FK istehsalçısı bazarın 80 faizinə yiyələnmək üçün birləşə bilər. «Dell» korporasiyasının direktoru hesab edir ki, yalnız bu, fərdi kompüterlərin satışlarının azalmasının qarşısını almağa kömək edə bilər.
2015-ci ilin avqustunda «IDC» analitik şirkəti masaüstü FK bazarı üzrə öz proqnozuna yenidən baxıb. Əgər əvvəl bir ildə dünya bazarına FK tədarükünün həcminin 6,2 faiz səviyyəsində azalması gözlənilirdisə, indi bu göstərici 8,7 faiz səviyyəsində gözlənilir. 2017-ci ildən tez olmayaraq tədarük artımı gözlənilmir.
Ancaq FK bazarının bütün seqmentlərində azalma müşahidə olunmur. Hindistanın Banqalor şəhərində keçirilmiş konfransda çıxış etmiş «Dell» korporasiyasının direktoru Maykl Dell bildirib: "Cari ilin birinci yarısında şirkətin tədarük həcmi noutbukları iki dəfə ötüb və son on rüb ərzində artmağa davam edirik".
Bundan başqa, Maykl Dell iki başqa ən böyük FK istehsalçısını («Hewlett-Packard» və «Lenovo») sahənin birgə inkişafı üçün səylərini onun şirkəti ilə birləşdirməyə çağırıb.
"FK bazarının həcminin azalmasına baxmayaraq, bizim biznesimiz məlumat mərkəzləri, proqram təminatı, xidmətlər və informasiya təhlükəsizliyi sahəsində inkişaf edir" - Maykl Dell bildirib.
Bu halda «Dell» şirkətinin qurucusu hesab edir ki, «Microsoft» kimi hərəkət edərək mobil bazara çıxmaq istəmir, bunu səhv addım sayır. Belə ki, proqram nəhəngi 2014-cü ildə «Nokia» şirkətinin mobil bölməsini satın alıb və daha sonra böyük zərərə məruz qalıb. «Dell» korporasiyasının direktoru hesab edir ki, yalnız bir və ya iki şirkət bu bazarda gəlirli ola bilər, digərləri xeyli pul itirəcək. "Ona görə biz smartfon bazarında rəqabət aparmaq istəmirik" - Maykl Dell deyib.
Maykl Dell əslində nə haqda danışır? O haqda ki, FK sadə qurğu deyil, istehlakçı məsələlərinə optimallaşdırılmış, lazımi «bulud» xidmətlərinə qoşulmuş və kibertəhlükələrdən qorunmuş tam məhsul olacaq.
Daha əvvəl «Acer» şirkətinin vitse-prezidenti bildirib ki, 5 il sonra bütün FK sensor ekranla təchiz ediləcək, daha yığcam olacaq və bu tip qurğuların interfeysi daha aydın olacaq. FK nazik korpusa malik olacaq və simsiz enerjidoldurmanı dəstəkləyəcək, həmçinin uzun müddət avtonom işləyə biləcək.
"Mən inanıram ki, FK hələ uzun müddət mövcud olacaq və klaviaturaya malik bu etibarlı qurğuda sürətli çap etmək, məzmun yaratmaq və böyük tutumda informasiya yadda saxlamaq olar. Belə qurğulara tələbat var və uzun müddət olacaq".
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL