waplog

Azərbaycanlı iş adamları San-Marino Respublikasının İKT və infrastruktur sahələrinə investisiya qoyuluşunu həyata keçirə bilərlər


Azərbaycanlı iş adamları San-Marino Respublikasının informasiya və kommunikasiya texnologiyaları  (İKT) və infrastruktur sahələrinə investisiya qoyuluşunu həyata keçirə bilərlər.
 
Bununla bağlı məsələ İqtisadiyyat və Sənaye Nazirliyində (İSN) nazir Şahin Mustafayevlə Azərbaycanda səfərdə olan San-Marino Respublikasının xarici işlər naziri Paskal Valentini arasında keçirilən görüşdə müzakirə edilib.
 
 Nazirlikdən bildirilib ki, Ş. Mustafayev səfər çərçivəsində iki ölkə arasında imzalanmış ikiqat vergitutmanın aradan qaldırılması və diplomatik və xidməti pasportlara malik şəxslərin vizadan azad edilməsinə dair sənədlərin ölkələrimiz arasında əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini bildirib.
 
 Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş layihəsi isə razılaşdırma mərhələsindədir. İş adamları arasında əlaqələrin qurulmasının vacibliyini qeyd edən Şahin Mustafayev imzalanmış sənədlərin və qarşılıqlı səfərlərin bu baxımdan əhəmiyyətini qeyd edib, informasiya və kommunikasiya texnologiyaları, sənaye, neft-kimya, turizm və alternativ enerji sahələrində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
 
 
Xarici işlər naziri Paskal Valentini də iqtisadi sahədə ölkələrimiz arasında əlaqələrin inkişafına dair fikirlərini bölüşüb, San-Marinonun İKT, turizm, infrastruktur sahələrinə investisiya qoyuluşu imkanlarını qeyd edib.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL