waplog

Cənubi Koreya istehsalçısı mənzil-qərargahının əməkdaşlarının 10 faizini ixtisar edəcək


Cənubi Koreyanın “Samsung” şirkəti mənzil-qərargahında çalışan əməkdaşlarının 10 faizini ixtisar etmək niyyətindədir. İş yerlərinin ixtisarı şəxsi heyətinin idarə olunması, ictimaiyyətlə əlaqələr xidmətlərində, eləcə də maliyyə şöbəsində aparılması planlaşdırılır.
 
Şirkətin ötən rübün hesabatına əsasən, 30 iyun 2015-ci il tarixinə görə, mənizil-qəragahda 98,999 min nəfər işləyib. Beləliklə, “Samsung” əməkdaşların 10 faizini işdən azad edəcək.
 
“Nomura Holdings” şirkətinin analitiki Çunq Çan Vonun fikrincə, Cənubi Koreya istehsalçısı bununla xərclərin azaldılması üçün ən sadə üsuldan istifadə edir. “Şirkət həmçinin mobil biznes üçün xərcləri azalda bilər”, - o əlavə edib.
 
Bildirilir ki, şirkət növbəti ildə də bir sıra digər xərcləri azaltmaq niyyətindədir. Lakin “Samsung” nümayəndələri bu məlumatı rəsmən təsdiq etməyiblər.
 
“Samsung”un ikinci rübdə qlobal smartfon bazarında payı 3 faizdən çox azalıb və bununla şirkət Çin bazarında satış həcminə görə liderlik statusunu itirib.
 
2014-cü ildə şirkətin mədaxili 206,2 trilyon von (171 milyard dollar) təşkil edib və rəyi soruşulan ekspertlərin fikrincə, 2015-ci ildə bu göstərici 200,2 trilyon vonadək azalacaq.
 
Cari ilin əvvəlindən “Samsung”un səhmlərinin dəyəri 15 faiz ucuzlaşıb, - "Macdigger”  yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL