waplog

Azərbaycan gələn ildən etibarən poçt sahəsində yeni pilot layihəsinin tətbiqinə başlayacaq


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar  Nazirliyi gələn ildən etibarən ölkələr arasında poçt mübadiləsində elektron bəyannamələrin istifadəsi ilə bağlı pilot layihənin həyata keçirilməsinə başlayacaq.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu layihə hazırda pilot şəklində Kanada, Slovakiya, Belarus kimi ölkələrdə həyata keçirilir. Azərbaycanda pilot layihənin həyata keçirilməsi gələn il nəzərdə tutulur və 2016-cı il ərzində onun kommersiya istifadəsinə verilməsi  istisna edilmir.
 
Qeyd edək ki, Ümumdünya Poçt İttifaqına (ÜPİ) üzv ölkələrdə eyni zamanda qlobal ödəniş sisteminin formalaşması istiqamətində tədbirlər görülür. İlkin mərhələdə sistemin son versiyasına keçid 2017-ci ilədək nəzərdə tutulurdu, lakin sonra sistemin mərhələlər üzrə tətbiqi ilə bağlı qərar qəbul edilib və layihənin keçid versiyasının həyata keçirilməsinin 2026-cı ilədək davam edəcəyi bildirilib.
 
Son versiyada poçt göndərişlərinə görə qiymətlər hər bir ölkə xərclərini nəzərə alaraq, göndəriş və kiloqram üzrə hər bir ölkənin daxili tariflərinə uyğun hesablanır.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL