Hindistanda yeni özək serveri yerləşəcək
Hindistan ölkə ərazisində özək “DNS” serverinin yerləşdirilməsi ilə bağlı ABŞ-a müraciət edib.
Hazırda say etibarilə 14-cü olacaq yeni serverin yaradılacağı və ya Hindistana mövcud serverlərdən birinin köçürüləcəyi dəqiq məlum deyil. Bu gün 13 serverdən 10-u ABŞ ərazisində (NASA, hərbi elmi-tədqiqat laboratoriyaları və universitetlərdə), 2-si Avropada və 1-i Yaponiyada yerləşir.
Bildirilir ki, əksər özək serverlərin güzgüsü var ki, bunun da 6-sı Hindistandadır.
Özək “DNS” serverlər yüksəksəviyyəli domenlərin (.com, .ru və s.) fəaliyyətini və işinin stabilliyini təmin edir. Güzgülər informasiya yükünün bir hissəsini öz üzərinə götürür.
Hindistan dünyada internet istifadəçilərinin sayına görə üçüncü yeri tutur. Baş nazir Narendra Modi hökuməti Hindistanın internet idarəçiliyində rolunun gücləndirilməsini strateji əhəmiyyətli vəzifə hesab edir.
Bu səbəbdən ABŞ nümayəndələri Hindistanın təşəbbüsünə müsbət yanaşaraq ona məsələ ilə bağlı “ICANN” (internetdə domen adların və zonaların verilməsini həyata keçirən təşkilat - Internet Corporation for Assigned Names and Numbers) korporasiyası ilə danışıqlara başlamağı tövsiyə ediblər. Yeni özək serveri Hindistana internet idarəçiliyində geniş imkanlar verəcək, eləcə də ölkə iqtisadiyyatının texnoloji baxımdan yüksəlməsinə xidmət edəcək. Bundan başqa, Hindistanda özək serverin yerləşməsi Hindistan-ABŞ münasibətlərində etimad əlaməti olacaq, - "Webnames” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL