waplog

Azərbaycanda ilin əvvəlindən 1122 sanksiyalaşdırılmamış insident qeydə alınıb


Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin statistikasına əsasən, ölkədə avqust ayında 104 sanksiyalaşdırılmamış insident qeydə alınıb.
 

"ICTnews" elektron xəbər xidmətinin "www.cert.gov.az" saytına istinadən verdiyi məlumata görə, qeyd edilən insidentlərin 89-nun qarşısı alınıb. Bu ilin iyul ayı ilə müqayisədə insidentlərin sayı 37,5 faiz azalıb. Cari ilin əvvəlindən ölkədə sanksiyalaşdırılmamış insidentlər 1122-yə bərabər olub.
 

Mərkəz tərəfindən Azərbaycanın müvafiq qurumlarına avqust ayında 32 audit raportu göndərilib. Ötən ay ərzində “cert.gov.az” tərəfindən yeni domen və subdomen qeydə alınmayıb.
 

Qeyd edək ki, ötən il ərzində Azərbaycanda 1582 sanksiyalaşdırılmamış insident qeydə alınıb, onlardan 1558-nin qarşısı alınıb.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL