Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ikinci oldu
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) avqust ayında “Elektron hökumət” portalı üzərindən elektron xidmətlərindən ən çox istifadə olunan dövlət qurumları arasında ikinci yerdə qərarlaşıb.
Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, ötən ay nazirliyin xidmətlərinə 277996 dəfə müraciət edilib.
RYTN-in ən çox istifadə olunan e-xidmətləri “Telefon nömrəsi üzrə axtarış”, “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi”, “Mobil cihazların qeydiyyatdan keçirilməsi”, “Mobil cihazların IMEI qeydiyyatının yoxlanılması” və “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” və s. xidmətləri olub.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL