Azərbaycan bazarına “PROMT 11” tərcümə həllinin yeni versiyası təqdim edilib
“Softline” şirkəti Azərbaycanın İT bazarına “PROMT 11” yeni nəsil avtomatik tərcümə həllinin desktop və server versiyalarını təqdim edib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “PROMT Translation Server 11” tamamilə yeni və yüksək intellektli, yeni interfeysə malik olan tərcümə sistemidir. Tərcüməçinin funksiyaları əsas menyuya çıxarılıb və anında istifadəçiyə “Mətnin tərcüməsi”, “Saytın tərcüməsi”, “Sənədlərin tərcüməsi” və ya “Lüğətlər üzrə axtarış” imkanlarını təqdim edir.
“PROMT Translation Server 11” dizayn dəyişikliyi ilə yanaşı, əlavə innovativ imkanlar da əldə edib. Artıq onu “İntellektual avtomatik tərcüməçi” adlandırmaq olar.
Yeni “Smart Technology” funksiyası sayəsində tərcümə prosesi bir anda baş verir və istifadəçidən artıq səylər tələb etmir. Mətni tərcümə edərək “PROMT Translation Server 11” avtomatik şəkildə onun parametrlərini müəyyən edir: sənədin ilkin dilini, formatını, tipini və mövzusunu. Nəticə əsasında tərcüməçi özü maksimal dəqiq tərcümə sazlanmaları müəyyən edir.
Tərcüməçiyə öncədən quraşdırılmış “PROMT Agent” əlavəsi də təkmilləşdirilib və “iOs”, “Android”, “Windows Phone”, “Mac OS X”, “Windows”, “Linux” daxil olmaqla istənilən qurğuda istifadə edilə bilər. Tərcüməçi və onun “PROMT Agent” əlavəsi internet-bağlantı tələb etmir və ondan istənilən yerdə istifadə etmək mümkündür.
“PROMT Translation Server 11”-in daha bir üstünlüyü 100 nəfəri servisə qoşmalı olan İT mütəxəssisləri üçün maraqlıdır – bu onun “Microsoft Active Directory” ilə inteqrasiyanı dəstəkləməsidir, bu isə tətbiqi asanlaşdırır və vaxta qənaət edir.
Artıq rus-fin və rus-ərəb dillərinə tərcümə mümkündür. Beləliklə, tərcüməçinin dəstəklədiyi dillərin sayı 17-yə çatıb. Yeni versiya həmçinin lüğət bazasının genişlənməsi, yenilənmiş tərcümə texnologiyası ilə fərqlənir, bu isə avtomatik tərcümənin keyfiyyətini daha bir pillə qaldırıb.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL