waplog

Azərbaycanın innovasiya layihəsi Avropa Birliyinin TAİEX komissiyasının iclasında təsdiq edilib


Avropa Birliyi TAİEX komissiyasının iclasında Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzinin hazırladığı "İnnovasiyanın üçqat modeli" (The Triple Helix Model) adlı layihəyə baxılıb və icraya qəbul olunub.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, layihə  Avropa Birliyi TAİEX proqramı çərçivəsində hazırlanıb.
 
Bu ilin oktyabr-noyabr aylarında Bakıda layihə əsasında Avropa Birliyi TAİEX şöbəsinin ekspertlərinin iştirakı ilə “Milli innovasiya sisteminin formalaşdırılması üçün aktual olan elm-dövlət-istehsalat (üçqat spiral) münasibətlərinin qurulması” mövzusunda seminar keçiriləcək.
 
Tədbirdə Avropanın qabaqcıl ölkələrinin təcrübələri əsasında "innovasiyanın üçqat modeli" konsepsiyası, modelin strukturu və iştirakçıların vəzifələri, üçqat spiral və iqtisadiyyat, üçqat modelin formalaşması, regional inkişafda üçqat modelin əsasları, innovasiya nəzəriyyəsindən irəli gələn modelin əsas xüsusiyyətləri və s. mövzularda müzakirələr aparılacaq.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL