Miqrantlar Avropaya gəlmək üçün internet, «GPS» və sosial şəbəkələrdən aktiv istifadə edirlər
«Al Arabiya» telekanalının məlumatına görə, İraq və Suriya qaçqınları Avropa Birliyi ölkələrinə tez və rahat gəlmək üçün internet, «GPS» və sosial şəbəkələrdən aktiv istifadə edirlər.
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, miqrantlar hərəkət marşrutu, dayanacaq yerləri, mağazalar haqda informasiya axtarışı, həmçinin qaçaqmalçılarla əlaqə və operativ informasiya ilə paylaşmaq üçün sosial şəbəkələrdən istifadə edirlər.
Mobil rabitə və «GPS» Türkiyənin Egey dənizindən Yunanıstanın sahillərinə kimi hərəkət marşrutunun açılmasına imkan yaradıb.
Suriyadan Avropaya gələn qeyri-qanuni miqrantların sayı 100 mini ötüb. Yaxın 2 ildə 160 min miqrantın Avropa Birliyinin 28 ölkəsi arasında bölüşdürülməsi planı qəbul edilib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL