Kontaktsız ödənişlər Avropanı fəth edir
«MasterCard» şirkətinin yeni tədqiqatına əsasən, avropalılar gündəlik alış-veriş üçün kontaktsız ödənişlərdən daha çox istifadə edirlər. Bu, belə ödənişlərin sürət və rahatlığı ilə izah edilir.
«ICTnews.az» saytı «json.tv» saytına istinadən yazır ki, 2015-ci ilin ikinci rübündə kontaktsız əməliyyatların həcmi illik hesablama üzrə 170 faiz yüksəlib və bu üsulla xərclənmiş məbləğ 2014-cü ilin ikinci rübü ilə müqayisədə 3 dəfə artıb. Cari ilin ikinci rübündə 2 kontaktsız əməliyyatdan biri ərzaq mağazalarında, 14,5 faizi restoran və barlarda, 10 faizi pərakəndə ticarət mağazalarında edilib.
«MasterCard» Avropada kontaktsız ödənişlərin gələcək inkişafına imkan yaratmaq məqsədi ilə pərakəndə ticarət müəssisələri üçün yeni standartların tətbiqini planlaşdırır. Bu standartlar artıq bir çox smartfonlarda əlçatan olan biometrik həllərin köməyi ilə istifadəçinin autentifikasiya prosesinin sadələşdirilməsi üçün nəzərdə tutulub.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL