waplog

2015-ci ildə dünya mobil məzmun bazarının həcmi 300 milyard dollara yaxınlaşacaq


«Strategy Analytics» şirkətinin proqnozuna görə, 2015-ci ildə mobil qurğular üçün məzmuna görə qlobal xərclərin həcmi 12 faiz artaraq 300 milyard dollar təşkil edəcək.
 
 
Ekspertlər hesab edirlər ki, 2021-ci ilə bu məbləğ 425 milyard dollaradək artacaq.
 
 
«Strategy Analytics»in analitikləri bildirirlər ki, smartfon istifadəçilərinin sayının artımı, yüksək sürətli simsiz məlumat ötürmə şəbəkəsinin inkişafı və ənənəvi internet məzmuna zəif tələbat mobil qurğular üçün məzmun xərclərinin artmına şərait yaradan əsas amilidir.
 
 
Bundan başqa, şirkətlər öz məhsul və xidmətlərini mobil qurğu istifadəçiləri arasında daha aktiv şəkildə reklam edir. Ekspertlərin qiymətləndirilməsinə görə, 2015-ci ildə şirkətlərin internet reklam üzrə ümumi xərclərinin 24 faizi mobil reklam xərclərinin payına düşəcək.
 
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL