waplog

Pentaqon Rusiya və Çinlə kibermüharibəyə sərmayə qoymağa çağırıb

ABŞ-ın müdafiə naziri Eşton Karter Amerika cəmiyyətini Rusiya və Çinlə mübarizədə kibermüharibəyə sərmayə qoymağa çağırıb. O bildirib ki,  ABŞ bu dövlətlərin sürətli texnoloji inkişafı səbəbindən silah sahəsində mövqeyini itirməyə başlayır.
 
Müdafiə nazirinin çağırışı
 
«Reuters» agentliyi yazır ki, ABŞ-ın müdafiə naziri Eşton Karter innovativ tədqiqat proqramlarına aktiv sərmayə qoymağa və dövlət büdcəsi ilə bağlı çətinliklərə görə kosmik və elektron silahlanma və kibersilahların hazırlanmasına maliyyə dəstəyi göstərməyə çağırıb. 
 
Çin və Rusiyadan gələn təhlükə
 
Karter ABŞ-ın Müdafiə Nazirliyinin tərkibinə daxil olan Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (DARPA) tərəfindən sponsorlaşdırılmış konfransda belə bəyanat səsləndirib. Onun sözlərinə görə, Çin və Rusiyanın sürətli texnoloji inkişafına görə ölkənin tədqiqat proqramlarına investisiya zəruridir.
 
ABŞ-ın kibertəhlükəsizlik sahəsinə xərcləri
 
2015-ci ilin fevralında ABŞ prezidenti Barak Obama 2016-cı ilin büdcə layihəsində kibertəhlükəsizliyə ayrılan xərclərin 1 milyard dollar artırılması ilə bağlı qeyd daxil edib. Beləliklə, 2016-cı ildə ABŞ-da kibertəhlükəsizliyə 14 milyard dollar xərclənməsi nəzərdə tutulub ki, bu da  ölkənin İT büdcəsinin (89 milyard dollar) 16 faizini təşkil edəcək. Müqayisə üçün, korporativ sektor öz büdcəsinin təxminən 4 faizini kibertəhlükəsizliyə xərcləyir.
 
Büdcə xərclərinin artırılmasının səbəbləri
 
«Sony» korporasiyasına hücum daxil olmaqla, yaxşı planlaşdırılmış və düşünülmüş haker hücumları seriyasından sonra büdcə xərcləri artırılıb. ABŞ-ın daxili təhlükəsizlik Nazirliyinin məlumatına görə, 2014-cü ildə yalnız federal hakimiyyət orqanları və kommunal müəssisələr sisteminin hesablama şəbəkələrinə təxminən 56 min kiberhücum edilib.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL