waplog

Merkel: «Facebook» rəhbərliyi təhrikçilərlə daha aktiv mübarizə aparmalıdır


Almaniya Federativ Respublikasının (AFR) kansleri Angela Merkel «Facebook» rəhbərliyini sosial şəbəkədə irqçi şərhlərin yayılması ilə mübarizədə daha aktiv səy göstərməyə çağırıb. Merkel bu gün "Reynişe post" qəzetinə müsahibəsində belə fikir söyləyib.
 
"İnsanlar sosial şəbəkələrdə əhalinin bir hissəsini digər insanlara qarşı qızışdırdıqda, yalnız dövlət deyil, həm də «Facebook» şirkəti belə fikirlərin yayılması ilə mübarizə aparmalıdır" - Merkel vurğulayıb.
 
Kansler deyib ki, «Facebook» artıq qanun toplusuna malikdir, yalnız onu tətbiq etmək qalıb.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL