“SkyparkCDN” şirkəti Azərbaycan bazarında iştirakını genişləndirir
“SkyparkCDN” şirkəti Azərbaycanda nümayəndəliyini açmaq niyyətindədir.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şirkət bu il iyunun 18-də Bakıda yeni CDN-serverini yerləşdirdiyini və Azərbaycan bazarını fəth etməyə başladığını sosial şəbəkələrdə elan edib.
Yeni server son istifadəçiyə kontenti çatdırmanı yaxşılaşdırmaq üçün keyfiyyətli və sabit həldir. Bu həll şirkətlərin serverlərinin yüklənməsinin qarşısını alır, ucqar regionlarda istifadəçilərin daxil olduqları saytların yüklənmə vaxtını azaldır, satış göstəricilərinə təsir göstərir.
Kontentin çatdırılması şəbəkəsinin tətbiqi, istifadəçiləri fiziki olaraq serverlərdən çox uzaqda yerləşən, çox müraciət edilən və “ağır” kontentə malik olan saytlar üçün aktualdır. CDN dünya üzrə fəaliyyət göstərən müxtəlif data-mərkəzlər arasında faylları paylaşdırır. Bundan sonra, kontent istifadəçiyə ən yaxın serverdən son istifadəçinin kompüterinə yüklənir.
Serverin yerləşdiyi yerdən asılı olmayaraq “SkyparkCDN” müştərilərinə “Bacardığın qədər ödə” (Pay As You Go) modeli üzrə işləyən çevik tarifikasiya sistemini təqdim edir, yəni ödəniş yalnız real istifadə edilmiş trafik həcminə görə həyata keçirilir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL