“Nokia” kiçik baza stansiyaları üçün yeni avadanlıq təqdim edib
"Nokia Networks" şirkəti kiçik baza stansiyaları üçün saniyədə 1 giqabit buraxılış qabiliyyətinə malik avadanlıq nümayiş etdirib, eyni zamanda belə şəbəkələrin qurulmasının sürətləndirilməsi üçün nəzərdə tutulan yeni servis təqdim edib.
"Flexi Zone G2" adlanan yeni avadanlıq üç operatorun kanalını ötürə bilir və "LTE", lisenziyalaşdırılmamış "LTE" (LTE-U) və "Wi-Fi" şəbəkələrini dəstəkləyir.
"Nokia" nümayəndələri həmçinin "HetNet Engine Room" adlı yeni servis haqqında söhbət açıblar. Onların sözlərinə görə, servis telekommunikasiya şirkətlərinə kiçik baza stansiyalarını hazırkı kiçik stansiyalarla müqayisədə 30 faiz tez və 20 faiz az vəsait sərf etməklə qurmağa, eləcə də 10 faiz daha çox abunəçiyə xidmət göstərməyə imkan verəcək.
"HetNet Engine Room" xidmətində şəhərdə kiçik baza stansiyalarının nəzəri baxımdan yerləşə biləcəyi yerlərin qeyd olunduğu üçölçülü xəritədən istifadə edilir. Xəritədə bütün nöqtələrin öz balı var və "Nokia" onu "stansiyaların qiymətləndirmə indeksi" adlandırır. Qiymətləndirmə bu yerdə tikilə biləcək kiçik baza stansiyasına yatırılan investisiyaların xərcini ödəməsini əks etdirir. Belə yanaşma yeni avadanlığın qurulması üçün əlverişli yerləri tez müəyyənləşdirməyə imkan verir.
"Yolun bir tərəfində kiçik baza stansiyasının yaradılması bir neçə metrlikdə yolun digər tərəfində qurulmasından on dəfə baha başa gələ bilər. Biz operatorlara yaxşı nöqtələri seçərək sonradan orada bütün infrastruktura malik kiçik baza stansiyalarını tez və ucuz qurmağa imkan verən yeni yanaşma yaradırıq", - "Nokia"nın bəyanatında deyilir, - "Telekomza" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL