“Microsoft Azərbaycan” şirkətinin baş direktoru: “Gələcəkdə daha böyük layihələrdə biz Məlumat Hesablama Mərkəzini inteqrator kimi görə bilərik”
Bulud texnologiyaları sahəsində mütəxəssislərin artırılması niyyətindəyik. Hazırda bu istiqamətdə işləyir və danışıqlar aparırıq. Əminəm ki, gələcəkdə daha böyük layihələrdə biz Məlumat Hesablama Mərkəzini inteqrator kimi görə bilərik.
“Microsoft Azərbaycan” şirkətinin baş direktoru Rüfət Hacıəlibəyov bu haqda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzində (MHM) keçirilən “Elektron Hökumət” bülleteninin növbəti sayına həsr olunmuş brifinqdə məlumat verib. Onun sözlərinə görə, hələlik MHM-in 6 mütəxəssisi müvafiq sertifikasiyadan keçib.
Qeyd edək ki, “Elektron hökumət” portalının operatoru MHM Azərbaycanda “Microsoft” şirkətinin “Gümüş” tərəfdaşları sıralarına daxil olan ilk dövlət müəssisəsidir. “Microsoft”-un “Gümüş” tərəfdaşlığını qazanmaq üçün istənilən müəssisə xüsusi ixtisas üzrə “Microsoft” tərəfindən sertifikatlaşdırılmış peşəkar mütəxəssislər, satış və marketinq üzrə mütəxəssislər, eləcə də, “Microsoft”un qiymətləndirməsindən keçmiş bir neçə texniki dəstək üzrə mütəxəssisin olması tələb olunur.
Bu tərəfdaşlıq üzv ölkələrə bir çox üstünlüklər verir.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL