“3D” çap tibb sahəsində inqilab edir
«3D» çap texnologiyalarının hazırlanması və tətbiqi ilə məşğul olan Avstraliyanın «CSIRO» şirkəti döş sümüyü və qabırğaların titan materialından ibarət implantatını yaradıb. Nəticədə o, xərçəng xəstəliyindən əziyyət çəkən 54 yaşlı xəstəyə implantasiya edilib.
«ICTnews.az» saytı «hi-news.ru» saytına istinadən yazır ki, döş sümüyü və qabırğalar mürəkkəb formaya malik olduğuna görə implantasiya üçün çox vaxt istifadə edilən düz implantatlar vaxt ötdükcə zəifləyə bilər. Bu səbəbdən ispaniyalı cərrahlar komandası qərara alıb ki, döş qəfəsinin sarkomasından əziyyət çəkən 54 yaşlı ispanın anatomik xüsusiyyətləri nəzərə alınmaqla titan materialından "3D" çap implantatı ən yaxşı həldir.
Həkimlər implantatın konfiqurasiyası sayəsində onu insanın döş sümüyünün sağlam sümüklərinə xüsusi vintlərlə bərkidiblər. Əməliyyat uğurla keçib və 12 gün sonra xəstə evinə buraxılıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL