Avqustda telefon nömrəsi üzrə axtarış sistemindən istifadə edənlərin sayı məlum olub
Telefon nömrəsi üzrə axtarış sistemi öz aktuallığını saxlayır.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, avqustda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron hökumət” portal üzərindən ən çox istifadə edilən 5 elektron xidmətindən biri “Telefon nömrəsi üzrə axtarış” xidməti olub.
Ötən ay bu xidmətdən 66694 dəfə istifadə olunub.
Xidmətdən yararlanmaq istəyən istifadəçi telefon nömrəsini daxil etdikdən sonra bir sıra məlumatları əldə etmək imkanına malik olur. Bu məlumatlar içərisində nömrə sahibinin adı, soyadı, yaşadığı ünvan, abunəçinin növü, vətəndaşın şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borcları, ADSL internet borcları və s. qeyd etmək olar.
İstifadəçilər həmçinin e-xidmət vasitəsi ilə borclarını onlayn şəkildə ödəyə bilirlər.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL