ABŞ-da baqajı izləmək üçün elektron birkalardan istifadə olunacaq
ABŞ-ın populyar ticarət markası indi yalnız yol çantaları deyil, həm də onları itirməməyə imkan verən qurğu satır. Sərnişinlər xüsusi elektron birkaların köməyi il öz əşyalarının olduğu yeri izləyə biləcəklər.
«ICTnews.az» saytı «dni.ru» saytına istinadən yazır ki, baqaj və aksessuarların istehsalı ilə məşğul olan «Tumi» şirkəti «Global Locator» adlı elektron baqaj birkası təqdim edib. Yeni simsiz qurğunu sadəcə çantaya bərkitmək lazımdır və sərnişin «GPS», «GSM», «Wi-Fi» və «Bluetooth» texnologiyalarının köməyi ilə öz əşyalarının olduğu yeri öz smartfonunda izləyə biləcək. Təyyarənin göyərtəsində elektron birkadan çıxan siqnal avtomatik söndürülür. Cihaz cari ilin sonunda satışa çıxarılacaq.
Biz müasir rəqəmli dünyada müştərilərə həyatın bütün aspektlərinə nəzarət etmək imkanı yaratmalıyıq. Biz bu yeni həlli bazarda ilk təqdim etməyimizə şadıq" – «Tumi» şirkətinin prezidenti və əsas icraçı direktoru Qriffit yeni cihazı tanıdıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL