Ötən ay rabitə sahəsində orta aylıq nominal əməkhaqqı daha yüksək olub
Azərbaycanda muzdla işləyənlərin 1,8 faizi informasiya və rabitə sahəsində fəaliyyət göstərir.
“ICTnews” Elektron xəbər xidməti bildirir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
DSK-nın statistik göstəricilərinə görə, 2015-ci il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1508,0 min nəfər olub. Onlardan 877,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 630,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 12,2 faizi sənaye, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 17,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
2015-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,1 faiz artaraq 458,9 manat olub. İqtisadiyyatın informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL