waplog

Rasim Əliquliyev: “HORIZON 2020” layihələrində alimlərimizin fəal iştirakı Azərbaycan elminin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir”


Avropa İttifaqının (Aİ) 2014-2020-ci illər üçün nəzərdə tutulmuş tədqiqat və innovasiya proqramı "HORIZON 2020" proqramı çərçivəsində Aİ, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsi, İKT sahəsində birgə fəaliyyət imkanlarının müzakirəsi nəzərdə tutulur.

Bu haqda AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) keçirilən Elmi Şuranın növbəti iclasında məlumat verilib.
 
İnstitutdan qeyd edilib ki,  AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev ölkədə elmin inkişafının dövlət siyasətinin prioritetlərindən olduğunu bildirərək AMEA-nın elmi-tədqiqat institutlarının qarşısına mühüm vəzifələrin qoyulduğunu söyləyib. İnstitutda bu istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs edərək doktorant və dissertantların qarşısında duran vəzifələrdən söhbət açıb:
 
"Azərbaycanda elmi tədqiqatların prioritetlərinin dünya elminin innovativ inkişaf istiqamətlərinə və ölkədə mövcud problemlərin həllinə istiqamətləndirilməsi mühüm amildir. Bu, müxtəlif elm sahələrinin, o cümlədən elmi-texniki sferanın inkişafı baxımından vacib şərtdir".
 
O, gənc tədqiqatçıların dövrün tələblərinə cavab verən elmi nəticələrinin populyarlaşdırılmasının vacibliyini vurğulayıb.
 
 
R.Əliquliyev institutun elmi-tədqiqat, elmi-innovasiya və korporativ fəaliyyətini əks etdirən buklet və kitabçaların hazırlanmasının və müxtəlif dillərə tərcüməsinin zəruriliyi məsələsinə də toxunub. Bu kimi tədbirlərin görülməsinin elmi-tədqiqat müəssisələrinin innovativ fəaliyyətinin beynəlxalq aləmdə təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.
 
Daha sonra "HORIZON 2020"-nin qrant layihələrində iştirakına toxunulub. Akademik proqramda beynəlxalq qrant layihələrinin həyata keçirildiyini bildirərək, bu layihələrdə alimlərimizin fəal iştirakının Azərbaycan elminin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
 
Tədbirdə həmçinin institutda keçiriləcək elmi-praktiki konfranslar haqqında da məlumat verilib. "E-kitabxanaların formalaşması problemləri", "Big Data: imkanları, multidissiplinar problemləri və perspektivləri", "Sosial medianın formalaşmasının multidissiplinar problemləri" və "E-tibbin formalaşmasının multidissiplinar  problemləri" mövzusunda elmi-praktiki konfransların keçirilməsi ilə bağlı müzakirələr aparılıb. 
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL