Yaxın 20 ildə Böyük Britaniyada iş yerlərinin 35 faizində robotlar işləyəcək
Oksford Universiteti və "Deloitte" analitik şirkətinin birgə tədqiqatına əsasən, yaxın 20 ildə Böyük Britaniyada iş yerlərinin təxminən 35 faizi avtomatlaşacaq, yəni robotlar işləyəcək.
"ICTnews.az" saytı "gazeta.ru" saytına istinadən yazır ki, alimlər bu cür qiymətləndirmə etmək üçün robotların insanı üstələdiyi və ya ondan geri qaldığı bütün fəaliyyət və qabiliyyət sahələrini sistemləşdiriblər.
Məhsul və xidmətlərin təqdimi, informasiyanın əllə daxil edilməsi və məlumatların manipulyasiyası ilə bağlı peşələr təhlükə altındadır.
Robotlar ticarət agentləri, aşpaz, barmen və hətta modelləri əvəzləyə bilərlər.
Bununla belə, avtomatlaşdırma terapevt, fərdi məşqçi, müəllim kimi peşələrə təhlükə yaratmır.
Alimlər robotlar tərəfindən mürəkkəb emosiyaların imitasiyası problemini həll edənədək menecer və dayələrə, həmçinin tələbat olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL