waplog

Xəzərdə ən müasir texnologiyalı abunə şöbəsi yaradılır


Bakı Telefon Rabitəsi İstehsalat Birliyi paytaxtın mərkəzi ilə yanaşı, ətraf kənd və qəsəbələrində sakinlərə göstərilən xidmət keyfiyyətinin artırılması, əlavə xidmətlərə çıxış imkanlarının yaradılması istiqamətində əlavə tədbirlər həyata keçirir.

Birliyin baş direktoru Beytulla Hüseynovun verdiyi məlumata görə, bu istiqamətdə atılan addım kimi yaxın günlərdə Xəzər Telekommunikasiya Qovşağının ən müasir texnologiyalarla təchiz edilmiş yeni abunə şöbəsinin vətəndaşların istifadəsinə verilməsi gözlənilir.

Ən müasir xidmətlərin göstərilməsi üçün burada işçi personalına və müştərilərə əlverişli şərait yaradılacaq. Qeyd edək ki, BTRİB Yasamal, Xətai, Sabunçu və Nizami TQ-larda ən müasir tələblər səviyyəsində yeni abunə şöbələri yaradıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL