waplog

Alimlər: texnologiyalar məktəblilərin bilik və inkişafına mənfi təsir göstərir


İqtisadi Əməkdaşlıq və İnkişaf (OECD) təşkilatının hesabatına əsasən,  texnologiyalar məktəblilərin inkişaf və biliyinə mənfi təsir edə bilər. Məlumatlara əsasən, bütün şagirdlərin 75 faizi öz fəaliyyətində kompüterlərdən istifadə edir, ancaq kompüterlər onların bilik əldə etmə sahəsindəki uğuruna nəzərəçarpacaq təsir göstərmir.
 
 
«ICTnews.az» saytı «tech.onliner.by» saytına istinadən yazır ki, bundan başqa, texnologiyaların (smartfon, kompüter və başqa müasir elektronikanın populyarlığı nəzərdə tutulur) geniş yayıldığı Asiya ölkələrində yerləşən təhsil müəssisələrində ənənəvi təhsil üsullarına üstünlük verilir.
 
 
Belə ki, Cənubi Koreyada məktəblilər tədris günü kompüterdən orta hesabla 9 dəqiqə, Honkonqda 11 dəqiqə istifadə edir. Avstraliyada bu göstərici artıq 58 dəqiqə, Yunanıstanda 42 dəqiqə, İsveçdə 39 dəqiqə təşkil edir. Ekspertlər hesab edirlər ki, kompüterlərdən həddən artıq istifadə məktəblilərin inkişaf və uğurunu aşağı salır və ya yaxşı halda heç cür təsir etmir.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL