waplog

MHM-in zəng mərkəzində yeni innovativ xidmət təqdim olunacaq


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) 157 zəng (çağrı) mərkəzi bu yaxınlarda daha bir innovativ xidmətin təqdimatına hazırlaşır.
 
MHM-dən verilən məlumata görə,  tezliklə mərkəzə qurumlarla bağlı daxil olan müraciətlərin dərhal aidiyyəti qurumun zəng mərkəzinə  yönləndirilməsi üçün sistem yaradılacaq. Bununla da  vətəndaşların digər qurumlarla bağlı müraciətləri vaxt itirilmədən yönləndiriləcək və cavablandırılacaq.
 
Son bir ilin  statistikasına görə 157 zəng mərkəzinə 84677 zəng daxil olub. Cəmi 4 aydır istifadəyə verilən onlayn konsultasiyaya olan müraciətlərin sayı isə 11144-dən artıqdır. Bundan başqa cağrı mərkəzinin  info@e-gov.az elektron poçtuna yazılmış 25000-ə qədər, “Skype” vasitəsilə isə 4000 müraciətə cavab verilib.
 
Qeyd edək ki, bu gün 157 zəng mərkəzinin yeni platformada fəaliyyətinin bir ili tamam olur.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL