Doktorant və dissertantlar üçün mühazirələri onlayn dinləmələri üçün şərait yaradılıb
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzi tərəfindən Naxçıvan və Gəncədə yaşayan doktorant və dissertantların Elm informatikası fənni üzrə təşkil edilən mühazirələri onlayn olaraq dinləmələri üçün şərait yaradılıb.
İnstitutdan verilən məlumata görə, bu, sözügedən şəhərlərdə yaşayan doktorant və dissertantlar üçün əlavə imkanlar yaradır.
Məlumat üçün bildirək ki, adıçəkilən institutun Tədris-İnnovasiya Mərkəzində (TİM) bu gündən etibarən doktorant və dissertantlar üçün Elm informatikası fənni üzrə 3 aylıq kurslara start verilib.
İmtahanlara hazırlıq məqsədilə təşkil olunan 15 gün, 1 ay və 3 aylıq kurslarda institutun alim və yüksəkixtisaslı mütəxəssisləri tərəfindən doktorant və dissertantlara Elm informatikası fənni tədris olunur. Mərkəzdə əyani tədrislə yanaşı, 2011-ci ildən distant tədris xidmətləri də göstərilir.
Qeyd edək ki, 2003-cü ildən AR Prezidenti yanında Ali Attestasiya Komissiyası və AMEA Rəyasət Heyətinin qərarlarına əsasən ölkənin bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu mərkəzləşdirilmiş qaydada TİM-də həyata keçirilir və 2013-cü ilin iyun ayından başlayaraq AMEA rəhbərliyinin təşəbbüsü ilə imtahanlar elektron test üsulu ilə aparılır. 2003-2015-ci illər ərzində 6036 doktorant və 8494 dissertant Elm informatikası fənnindən imtahan verib.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL