waplog

Smartfonların enerji ilə doldurulması 33 faiz sürətlənəcək


«Qualcomm» şirkətinin yeni texnologiyası sayəsində smartfonlarda enerjidoldurma 30 faiz sürətlənəcək. Bu və ya başqa oxşar texnologiya ilə təchiz edilməmiş qurğularla müqayisədə  smartfonlarda enerjidoldurmanın sürəti 2,5 dəfə artacaq.
 
 
Smartfonlarda enerjidoldurma 2,5 dəfə sürətlənəcək
 
 
Smartfonlar üçün ən iri prosessor istehsalçısı olan «Qualcomm» şirkəti yeni nəsil «Quick Charge» texnologiyasını - «Quick Charge 3.0» təqdim edib. Yeni texnologiya «Quick Charge 2.0» ilə müqayisədə smartfonu təxminən 33 faiz daha sürətli enerji ilə doldurmağa imkan verir. İlk dəfə bu texnologiya 2013-cü ilin əvvəlində nümayiş etdirilib.
 
 
 
Göstəricilər
 
 
«Quick Charge» texnologiyası 35 dəqiqə ərzində smartfonun batareyasını 80 faizədək enerji ilə doldura bilir. «Quick Charge» texnologiyası olmadan bu vaxt orta hesabla 1,5 saat təşkil edir.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL