“Apple” şirkətinə Avropada iri məlumat emalı mərkəzinin tikintisinə icazə verilib
İki ildən sonra İrlandiyanın kiçik Derridonnel kəndində Avropanın ən böyük məlumat emalı mərkəzlərindən biri inşa ediləcək. ABŞ-ın “Apple” şirkətinə məxsus olacaq yeni Avropa məlumat emalı mərkəzinin ərazisi 24 min kv.m, dəyəri 850 milyon avro təşkil edəcək.
Mərkəzin tikintisi ilə bağlı planlar barədə bu ilin fevralında məlum olub, lakin yalnız indi ABŞ istehsalçısı yerli hakimiyyətdən icazə alıb. “Apple” tikintiyə icazə alan zaman üzərinə 12 öhdəlik götürüb.
Belə ki, şirkət tikinti prosesində işlərin müddətini və yollarda maşınların sayını azaltmalı olacaq. Həmçinin “Apple” tikinti ərazisinin tədqiqi üçün sertifikasiyadan keçmiş arxeoloqu işə qəbul etməlidir. İstehsalçı yeni yol nişanlarının və göstəricilərinin quraşdırılması üçün qraflığın büdcəsinə 16500 avro ödəyəcək.
Mərkəz istifadəyə verildikdən sonra burada 150 nəfər çalışacaq.
Ötən il “Apple” Avropa şirkətləri və tədarükçüləri ilə sazişlər çərçivəsində 7,8 milyard avro xərcləyib, - “Macdigger” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL