waplog

Azərbaycan Dillər Universiteti təhsil prosesini avtomatlaşdırır


Azərbaycan Dillər Universiteti təhsilin keyfiyyətini artırmaq məqsədilə “EduMan Platforması” əsasında Təhsil İdarəetmə sistemini tətbiq etmək niyyətindədir.
 
 Artıq universitet “Ultra” şirkəti ilə bu işlərin görülməsi üçün müqavilə imzalayıb. Müqavilədə adıçəkilən təhsil müəssisəsində ilkin olaraq əsas məqsəd hazır “EduMan – Mərkəzləşdirilmiş Tədris İdarəetmə” Platformasının bir neçə modullarının qurulması, tətbiqi və təlimi nəzərdə tutulur.
 
Eləcə də bura universitet üzrə təşkilati struktur, tələbə və müəllimlərin şəxsi işlərini əhatə edəcək Vahid Baza Platformasının yaradılması, tədris prosesini özündə əks etdirən tədris planı, tədris qrafiki, həm müəllimlər, həm tələbələr üçün nəzərdə tutulan dərs cədvəli və mövzu-tematik planını əhatə edəcək Tədris prosesinin planlaşdırılması və Tələbələrin Şəxsi Kabineti yaradılması kimi modulların pilot olaraq bir dekanatlıqdan başlayaraq tətbiq edilməsi daxildir.
 
 
Nəticədə universitet ilkin olaraq bir sıra üstünlükləri əldə edəcək. Bu üstünlüklərə tələbələr, işçi heyəti və müəllimlər üzrə Mərkəzləşdirilmiş bazasının formalaşdırılması və bu məlumatları rahatlıqla axtarıb tapmaqla təhlil etmə üstünlüyü, tələbələrin operativ və rahat qeydiyyatını həyata keçirmək imkanı, tədris işinin, əsasən də dərs cədvəllərinin, tədris qrafikinin və s. rahat planlaşdırılması imkanı, tələbələrin mütəmadi olaraq xəbərlər, bildiriş, yeniliklər və dərs cədvəllərinə baxmaq üçün xüsusi şəxsi kabinetlərdən yararlanması imkanı aiddir.
 
 
Gələcəkdə Azərbaycan Dövlət Dillər Universiteti “EduMan Platforması”nın digər modullarını - elektron jurnal, elektron sənəd dövriyyəsi, əlavə təhsil və əcnəbi tələbələrin onlayn sənəd qəbulunun idarəedilməsi, elektron imtahan idarəetmə və digər sistemlərin növbəti mərhələdə mərkəzləşdirilmiş formada tətbiqi planlaşdırılır.
 
 
Qeyd edək ki, “EduMan” sistemi “Ultra” şirkəti tərəfindən hazırlanıb və Azərbaycan Dövlət Dillər Universitetindən əlavə olaraq, uğurla Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), “Baku Oxford School”da (BOS), Təhsil Nazirliyinin tabeliyində olan 5 kollecdə tətbiq edilib.
 
 
Seymur Qasımbəyli

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL