waplog

Azərbaycanda e-ticarət dövriyyəsi 8,2 milyon manat təşkil edib


Azərbaycanda internet istifadəçilərinin sayının çoxalması, istehsalat və ticarət obyektlərinin öz məhsullarını saytlar üzərindən alış-verişə çıxartması ölkədə elektron ticarətin həcminin günü-gündən artmasına təkan verib.
 
 
Qeyd edək ki, ölkə əhalisində İKT biliklərinin yüksəlməsi, elektron ticarətə inamın artması və  eləcə də Azərbaycanın poçt daşımaları sahəsinə böyük etibarın olması internet üzərindən alış-verişin həyata keçirilməsinə marağı artırıb.
 
Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı son statistik göstəricilərə də nəzər yetirdikdə ölkənin e-ticarət sahəsinin necə sürətli şəkildə böyüməsini açıq-aydın müşahidə etmək mümkündür. 
 
DSK-nın məlumatına görə, 2015-ci ilin yanvar-avqust aylarında
elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,0 dəfə artıb.
 
Komitənin apardığı müşahidələrdən bəlli olub ki, səkkiz ay müddətində elektron pərakəndə ticarətin dövriyyəsi 8,2 milyon manat təşkil edib.
 
Bununla belə, qeyd edək ki, elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 92,7 faizi hüquqi şəxslərdən, 7,3 faizi isə fərdi sahibkarlardan alınıb. Elektron ticarət dövriyyəsinin 96,5 faizi qeyri-ərzaq məhsullarının payına düşüb.
 
 
2015-ci ilin yanvar-avqust aylarında iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz artaraq 644,9 milyon manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 276,5 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar üzrə isə 368,4 milyon manat təşkil edib.
 
 
Seymur Qasımbəyli

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL