96 faiz ehtimalla ölüm tarixini öncədən söyləyən superkompüter təqdim edilib
ABŞ-da hazırlanmış superkompüter pasiyentin ölüm tarixini 96 faiz ehtimalla proqnozlaşdırır.
Ölüm tarixini öncədən deyir
ABŞ-ın Boston şəhərində yerləşən «Beth Israel Deaconess Medical Center» tibb mərkəzində quraşdırılmış superkompüter tibbi məlumatlar əsasında xəstələrin ölüm tarixini 96 faiz ehtimalla öncədən proqnozlaşdırır. "Əgər kompüter sizə ölürsünüz deyirsə, deməli, növbəti 30 gün ərzində siz dünyadan köçəcəksiniz» - mərkəzin doktoru Stiv Xornq deyib.
250 min xəstə haqda məlumat
Sistem 30 il ərzində 250 min keçmiş və indiki xəstə haqda məlumatları özündə saxlayır və hər 3 dəqiqədən bir palatalarda uzanmış xəstələrin həyat fəaliyyətinin parametrlərini qeydə alır.
Əsas tətbiq sahəsi
Ancaq həkimlər superkompüterdən ölüm tarixinin öncədən xəbər verilməsi üçün istifadə etməyi planlaşdırmırlar, onun əsas təyinatı düzgün diaqnozun qoyulmasıdır. Sistem xəstələr haqda məlumatlara əsaslanaraq nadir xəstəlikləri aşkarlaya bilir.
250 min xəstə haqda məlumat saxlayan superkompüter Bostonda yerləşən tibb mərkəzində istifadə edilən yeganə innovasiya deyil. Burada həkimlər pasiyentin xəstəlik tarixçəsini bir anda öyrənməyə imkan verən «Google Glass» artırılmış reallıq eynəyindən istifadə edirlər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL