waplog

Bir ayda “Elektron hökumət” portalı üzərindən 7,5 min sığortaolunana pensiya kapitalı barədə məlumat verilib


Avqustda "Elektron hökumət" portalı üzərindən ən çox istifadə olunan elektron xidmətlərdən daha biri Dövlət Sosial Müdafiə Fonduna məxsus olub.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, ötən ay fondun göstərdiyi "Sığortaolunanlara məlumatların verilməsi" xidmətindən 7494 dəfə istifadə olunub.
 
Bu xidmət vasitəsi ilə sığortaolunanlar fərdi şəxsi hesablarında əks olunan  pensiya kapitalı barədə məlumatı əldə edirlər.
 
İstifadəçiləri fiziki şəxslər olan interaktiv növlü elektron xidmət ödənişsiz olaraq həyata keçirilir.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL