“HP” əlavə 30 min iş yerini ixtisar edəcək
ABŞ-ın “Hewlett-Packard” (HP) şirkəti yenidən iş yerlərinin ixtisarını aparacaq.
Aparılan əməliyyatlar noyabrın 1-dən iki ayrı-ayrı şirkət arasında bölünəcək. Onlardan biri fərdi kompüter və printerlərin istehsalı, digəri korporativ serverlərin buraxılışı və xidmətlərin göstərilməsi ilə məşğul olacaq.
Bildirilir ki, fərdi kompüter və printerlərin istehsalı (HP Inc.) üzrə biznesə şirkətin vitse-prezidenti Dayon Vaysler rəhbərlik edəcək. “Hewlett-Packard Enterprise” adlanacaq ikinci şirkət “HP”-in hazırkı icraçı direktor Meq Uitmenin rəhbərliyi altında fəaliyyətini davam etdirəcək.
Çərşənbə axşamı analitiklərlə keçirilən görüş zamanı “Hewlett-Packard Enterprise” şirkətində 25-30 min iş yerinin ixtisar edilməsi ilə bağlı planlar açıqlanıb. Həmçinin “HP Inc.” şirkətində 3 ildə 3,3 min iş yerinin azaldılacağı qeyd olunub.
İş yerlərinin ixtisarı şirkətin illik xərclərinin 2,7 milyard dollar azaldılması, eləcə də hər iki bölmənin rəqabət qabiliyyətinin yaxşılaşdırılması üzrə planın tərkib hissəsidir.
Hazırda “HP”-nin əməkdaşlarının ştatı 300 min nəfər təşkil edir, - "Intefax” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL