waplog

Dövlət Sosial Müdafiə Fondunun 3 yeni xidməti "Elektron Hökumət"portalına inteqrasiya edildi


"Elektron Hökumət"in inkişafı və sosial əhəmiyyətinin təsdiqi sayəsində bir çox sahələrdə aparılan uğurlu islahatlar zamanı siğorta-pensiya sahəsi də daima diqqət mərkəzində saxlanılmış və uzun illərini əməyə sərf etmiş pensiyaçılar üçün daha rahat, şəffaf və beynəlxalq standartlara uyğun xidmət təmin etmək üçün mütəmadi tədbirlər görülüb.

 

2012-ci ildə "Elektron Hökumət" portalının istifadəyə verilməsi ilə digər xidmətlər kimi siğorta-pensiya məsələləri ilə bağlı xidmətlərin də elektron mühitdən "bir pəncərə" prinsipi əsasında vətəndaşlara çatdırılması üzərində işlənilmiş və aidiyyatı qurumun 12 elektron xidməti portal vasitəsilə vətəndaşların istifadəsinıə verilmişdir.
 

Bu gündən etibarən isə qurumun daha 3 elektron xidməti portala inteqrasiya edilmişdir:

Artıq portal vasitəsilə fiziki və hüquqi şəxs qismində siğortaedənin qeydiyyata alınması üçün müraciət prosesi daha sadələşəcək. Eləcə də, dövlət sosial siğorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatın verilməsi üçün bir neçə saniyə ərzində müraciət etmək mümkün olacaq. Məlum olduğu kimi, bu xidmətlərin onlayn təmin edilməsinin biznes sektoru üçün də rolu əvəz edilməzdir.
 

Hesab edirik ki, "Elektron Hökumət" portalında belə istifadəçi yönümlü xidmətlərin say çoxluğu yeni biznes sahələrinin dövlət qurumları ilə işini şəffaflaşdırmaqla səmərəli elektron münasibətlərin təşkilinə zəmin yaradacaq.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL