İsraildə materialların kimyəvi tərkibini müəyyənləşdirən miniatür skaner hazırlanıb
İsrailin “Consumer Physics” şirkəti materialların, o cümlədən ərzaqların, içkilərin, dərmanların kimyəvi tərkibini müəyyənləşdirməyə imkan verən miniatür skaner hazırlayıb.
Bildirilir ki, cihaz istənilən maddənin standart komponentlərini tanıya bilir. “SCiO” adlanan qurğunun hazırlanması üçün maddi vəsait dünya kompüter şəbəkəsində kollektiv maliyyələşdirmə üzrə saytların biri vasitəsilə toplanıb.
Şirkətin məlumatına görə, cihaz skaner şüasının yönəldiyi maddədə mayenin, karbohidratın və duzun tərkibini müəyyənləşdirə bilir. Proses analiz edilən obyektlə fiziki kontakt olmadan baş verir, nəticələr isə istifadəçinin smartfonunun ekranında göstərilir. Skan etmək üçün infraqırmızı diapazona yaxın şüadan istifadə olunur. Analiz məlumatları şirkətin qlobal məlumat bazasına ötürülür. Burada qurğuya çoxlu obyekt və materialları tanımağa imkan verən informasiya toplanır.
Qurğunun hazırlanmasının maliyyələşdirilməsi üçün "Consumer Physics” internetdə istifadəçilərə hələ hazır olmayan cihazının hər birini 250 dollara təklif edib. Tərtibatçılar 200 min dollar toplamağa ümid etsələr də, nəticədə 2,8 milyon dollardan çox vəsait yığılıb.
İsrail şirkəti “SCiO” skanerinin 2015-ci ilin sonunadək tədarükünə başlamağı planlaşdırır, - “TASS” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL