AMEA-nın institut və təşkilatlarının veb-saytlarının yaradılması və idarə edilməsinə dair monitorinqin ilkin nəticələri açıqlanıb
AMEA-nın institut və təşkilatlarının veb-saytlarının yaradılması və idarə edilməsinə dair monitorinq aparılıb. Monitorinq AMEA İnformasiya Texnologiyaları İnstitutu (İTİ) tərəfindən həyata keçirilib.
İnstitutdan bildirilib ki, monitorinqin ilkin nəticələri haqqında AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının iclasında şöbə müdiri Gülnarə Nəbibəyova çıxış edib. G.Nəbibəyova görülən işlərin AMEA Rəyasət Heyətinin “AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi haqqında” qərarına əsasən aparıldığını bildirib.
Veb-saytların yaradılmasına və idarə edilməsinə dair tələblərin işlənildiyini söyləyən şöbə müdiri bu tələblərin AR Nazirlər Kabinetinin “Dövlət orqanlarının İnternet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər” haqqında Qərarı əsasında hazırlandığını söyləyib. G.Nəbibəyova hazırlanan tələblər haqqında məlumat verib.
O, veb-saytların ünvanı, dili, informasiyanın yerləşdirilməsi və onun əldə edilməsi, saytların dizaynına aid tələblərin işlənildiyini bildirib. Sonra şöbə müdiri veb-saytların bir sıra parametr üzrə monitorinqinin nəticələrini təqdim edib. Veb-saytların mövcudluğu (elmi-tədqiqat institutları, regional bölmə və regional elmi mərkəzlər, AMEA RH-nin nəzdindəki təşkilatlar üzrə), o cümlədən domen zonaları, domen adların uyğunluğu, xəbərlərin aktuallığı, veb-saytların dil versiyaları, loqonun, veb-saytlarda axtarış sistemlərinin, sayğacın, saytların xəritəsinin (rubrikator) mövcudluğuna dair tələblər üzrə nəticələri nəzərə çatdırıb.
Məruzəçi monitorinqlə bağlı işlərin davam etdiyini bildirib.
Qeyd edək ki, qərarda, həmçinin akademiyanın saytlarına elmi-metodiki rəhbərliyin həyata keçirilməsi və bu istiqamətdə müvafiq seminarların təşkili məsələləri də nəzərdə tutulub.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL