waplog

Virtual dünyanın “meqatrend”i


"Smartfonlar - bu, sadəcə, reklam səs-küyü deyil, tarixdə ən böyük texnologiya platformasıdır". “Qualcomm” şirkətinin icraçı direktoru Pol Ceykobs bu sözlərlə “İQ 2011” konfransını açıq elan edib. Şirkət bu konfransı hər il İstanbulda keçirir.

Çıxışı zamanı Pol Ceykobs rəhbərlik etdiyi şirkətin smartfon və planşetlər üçün yeni nəsil prosessor bazarında “Nvidia” və “Texas İnstruments” ilə hansı üsulla rəqabət aparacağı ilə bağlı planlarını açıqlayıb.

“Qualcomm” şirkəti diqqəti daha çox Braziliya, Hindistan, Çin və Rusiya kimi inkişaf edən bazarlara ayıracaq”. Ceykobsun fikrincə, mobil qoşulmaların 4\5 bu bazarların payına düşür.

Yaxın 4 ildə smartfon satışları 40%, planşetlər isə 25% artacaq. “Mobil internet - bu "meqatrend"dir və biz onu inkişaf etdirməliyik”- deyə “Qualcomm CEO-s” əlavə edib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL