waplog

“TeliaSonera” “Azercell”dəki payını satışa çıxardacaq


Azərbaycanda fəaliyyət göstərən mobil operatorlardan biri - “Azercell” şirkətinin də daxil olduğu “TeliaSonera” Avrasiya regionundan gedəcəyini bəyan edib.
 
“İctnews.az” elektron xəbər xidmətinin məlumatına görə, “TeliaSonera” əsas biznesini Avropa regionunda cəmləşdirməyi qərara alıb. İsveçin telekommunikasiya nəhəngi özünün gələcək planlarını açıqlayaraq bildirib ki, postsovet ölkələrindən də getmək fikrindədirlər. Bununla bağlı “İnterfaks” “TeliaSonera”nın bəyanatını dərc edib.
 
Güman olunur ki, “TeliaSonera”nın bu addımından sonra onun Azərbaycandakı törəmə şirkəti olan “Azercell” də öz bazarını digər rəqiblərinə güzəştə getsin.
 
 
“Azercell” şirkətindən də “TeliaSonera”nın sözügedən bəyanatla çıxış etməsini təsdiqləyiblər.  Şirkətdən saytımıza verilən məlumata görə, hazırda “TeliaSonera”nın “Azercell”dəki səhmləri açıq qalıb. Belə ki, bu səhmlərin yaxın zamanlarda satışa çıxarılacağı gözlənilir. Amma hələlik səhmlərin kim və ya hansı şirkət tərəfindən alınacağı bilinmir.
 
“Azercell” şirkətindən o da vurğulanıb ki, bu istiqamətdə aparılacaq hər hansı bir əməliyyat abonentlərin narahatçılığına gətirib çıxarmayacaq.
 
 Belə ki, həmişə olduğu kimi, abonentlər rahat formada mobil rabitədən və mobil internetdən asanlıqla istifadə edə biləcəklər:
 
“Azercell”in bağlantılarında heç bir qırılmalar, əlaqənin kəsilməsi və bu kimi digər hallar olmayacaq. Abonentlərimizə bildiririk ki, narahatçılığa heç bir əsas yoxdur. Şirkətin göstərdiyi xidmətdə hər hansı bir dayanma olmayacaq” – deyə “Azercell” şirkətindən bildirilib.
 
 
Seymur Qasımbəyli

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL