waplog

Mərkəzi Bank “Veb servis” istismara verdi


Mərkəzi Bankın Mərkəzləşdirilmiş kredit reyestri (MKR) sistemində  - “Veb servis”in istismara verilməsi ilə bağlı təqdimat keçirilib.
 
Təqdimatda Mərkəzləşdirilmiş kredit reyestri xidmətinin rəhbəri Elçin Həbibov MKR sisteminin inkişafı ilə bağlı qarşıda duran hədəflər, eləcə də yeni texnologiyanın bank sisteminə verəcəyi töhfələrlə bağlı ətraflı məlumat verib.
 
 
O bildirib ki, müvafiq texnologiya sorğu olunan məlumatların “sistemdən sistemə”   oxuna bilən formatlarda ötürülməsi alətidir.
 
E.Həbibov qeyd edib ki, bu texnologiyanın tətbiqi MKR sistemi ilə kredit təşkilatlarının sistemləri arasında interfeyslər qurmağa, kredit reyestrində mövcud məlumatlardan daha səmərəli istifadəyə və informasiyanın sürətli axınına imkan verəcəkdir.
 
Sistem istifadəçiləri olan banklar və bank olmayan kredit təşkilatları müvafiq texnologiya vasitəsilə əldə etdikləri məlumatları müxtəlif proqram təminatları və biznes proseslərində istifadə edə biləcəklər.
 
Tədbirdə kredit təşkilatlarının informasiya texnologiyaları sahəsi üzrə struktur vahidlərinin rəhbərləri, həmçinin biznes prosesləri üzrə məsul əməkdaşlar iştirak edib.
 

SEYMUR
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL